“Lahıc ritmləri” Leypsiq festivalında nümayiş etdiriləcək

“Lahıc ritmləri” Leypsiq festivalında nümayiş etdiriləcək
Rejissor Fariz Əhmədovun "Lahıc ritmləri" sənədli filmi oktyabr ayının 22-də Almaniyada keçiriləcək 53-cü Beynəlxalq Leypsiq sənədli və animasiya filmləri festivalında nümayiş olunacaq. SİA-nın məlumatına görə, film 2008-ci ildə Bakıda keçirilən V "Start" Film Festivalında "ən yaxşı sənədli film", 2009-cu ildə isə Latviyada keçirilən "Tourfilm-Riqa" kinofestivalında bürünc mükafata layiq görülüb.

Qeyd edək ki, film 10-dan artıq ölkənin beynəlxalq kino festivalında uğurla nümayiş olunub. Filmin ssenari müəllifi - Nərgiz Bağırzadə, quruluşçu operatoru Üzeyir Abbas, prodüseri isə Nizami Abbasdır. Kino lentinə çəkilən 8 dəqiqəlik etnoqrafik elementlərlə zəngin filimdə İsmayıllı rayonunun Lahıc qəsəbəsindəki insanların gündəlik həyatı təsvir edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə