Türküstanda TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının toplantısı keçirilir FOTOLAR

Türküstanda TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının toplantısı keçirilir FOTOLAR

4-5 dekabr 2017-ci il tarixində Qazaxıstanın Türküstan şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısı keçirilir. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Tamerlan Axundov iclasda iştirak ediblər.

İclasda TÜRKSOY-un 2017-ci il üzrə fəaliyyətinin yekunları, 2018-ci il üçün fəaliyyət proqramı, 2018-ci ildə anma ili olaraq qeyd ediləcək tarixi şəxsiyyətlər, 2018-ci il üçün TÜRKSOY təqvimində yer alması təklif edilən tarixi şəxsiyyətlər, 2018-ci il üzrə TÜRKSOY mədəniyyət paytaxtı elan olunacaq şəhərlər və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.

Toplantı çərçivəsində “Türküstan-türk dünyasının mədəniyyət paytaxtı-2017” mədəniyyət ilinin bağlanış mərasimi keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə