Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı istedadlı gənc ifaçıların aşkar edilməsi və onların Teatra cəlb olunmasına böyük önəm verir. Bu sırada son dövrlərdə keçirilən televiziya muğam müsabiqəsinin laureatları olan sənətçilər xüsusi yer tutur. SİA-nın xəbərinə görə, bir neçə aydır ki, muğam müsabiqəsində uğurlu çıxışları ilə fərqlənən iki gənc ifaçı Teatrda gərgin məşqlər edir və yaxın zamanlarda muğamsevərlər səhnəmizin yeni Leyli və Əsli ifaçısı ilə tanış olacaqlar.
Dekabrın 6-da keçiriləcək Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" operasının tamaşasında Əsli rolunu gənc muğamçı Sədəf Budaqova ifa edəcək.
Dekabrın 10-da daha bir istedadlı muğam ifaçısı-Rəvanə Qurbanova səhnəmizin yeni Leylisi kimi çıxış etməyə hazırlaşır.
Hər iki tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB