Məşhur Yaponiya müğənnisi Bakıda konsert verəcək- FOTO

Məşhur Yaponiya müğənnisi Bakıda konsert verəcək- FOTO
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə oktyabrın 16-da Bakıda, "Yaşıl Teatr" Konsert Kompleksində məşhur Yaponiya müğənnisi Keiko Koma və onun başçılıq etdiyi ansamblın iştirakı ilə xeyriyyə konserti keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov məlumat verib. Məlumata görə, tədbirlə əlaqədar oktyabrın 14-də saat 13.00-da "Park İNN" mehmanxanasının "Natəvan" zalında mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, müğənni Keiko Komanın təmsil olunduğu "NPO KOMA" şirkəti müxtəlif ölkələrdə bu cür tədbirlər keçirir. Keçirilən konsertlər barədə həmin şirkət tərəfindən Yaponiya ictimaiyyəti arasında təbliğat işi aparılır, müxtəlif çap materialları, CD-lər hazırlanır, internet vasitəsilə yayımlanır. Sözügedən müğənni Keiko Koma həmçinin Koguryo Sülaləsinin Şahzadəsidir. Konsertdə onu məşhur Yaponiya pianoçusu İdaki Shin müşayiət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə