Dekabrın 8-də “YARAT” Müasir İncəsənət Mərkəzində Bakı Uşaq Teatrının aktyorlarının ifasında Arzu Soltanın “Günahsız günahkarlar” tamaşası nümayiş olunacaq. SİA-nın məlumatına görə, quruluşçu rejissoru İntiqam Soltan olan tamaşanın xronometrajı 80 dəqiqədir. Müasir dövrün qlobal problemlərindən olan insan alveri mövzusuna həsr olunmuş səhnə əsəri Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb.
Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub. Gənclər yığışıb mafiya oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər. Kimisi yüksək gəlirli iş adı ilə, kimisi ailə qurmaq pərdəsi adı altında aldadılıb xaricə aparılaraq fiziki və cinsi istismara məruz qalır, kimisi də orqan transplantasiyasının qurbanı olur. Bəs bütün bu oyunçular kimdir? Mafiyanı kim idarə edir? Mafiyanı kim ifşa edə bilər? Gənclər insan alveri haqqında nələri bilməlidirlər? Fərqli rejissor quruluşu bütün bu suallara "Günahsız günahkarlar" tamaşasında cavab verir.
Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB