İxtisaslı kadr hazırlığında mühüm mərhələ

İxtisaslı kadr hazırlığında mühüm mərhələ

Azərbaycan Turizm və Menecment Universitetində Dünya Bankının təhsil departamentinin nümayəndələri - baş iqtisadçı İqor Kheyfets, baş təhsil mütəxəssisi Roberta Malee Bassett və mütəxəssis Elvira Anadolu ilə görüş keçirilib. SİA-nın məlumatına görə, ATMU rəhbərliyi tərəfindən səmimi qarşılandıqları üçün təşəkkür edən qonaqlar diqqətə çatdırıblar ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Dünya Bankının müştərək yeni layihəsi çərçivəsində məhz tərəfimizdən universitetə maraq göstərilməsi təsadüfi deyil.

Bildiyimizə görə, Azərbaycan Turizm və Menecment Universiteti ölkədə turizm ixtisaslı kadr hazırlığı üzrə bir sıra uğurlara imza atıb. Elə bu səbəbdən ATMU-nun təhsil strategiyasını öyrənmək layihənin uğurlu həlli ola bilər. Universitetin rektoru İlham Mədətov qonaqlara universitetin tarixi, beynəlxalq əlaqələri, yeni hədəfləri haqqında ətraflı məlumat verib.

Qeyd etmək lazımdır ki,Təhsil Nazirliyi ilə adıçəkilən beynəlxalq təşkilatın başlatdığı layihənin əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələri ilə sənaye obyektləri arasında əlaqələrin necə qurulması,bu prosesdə qarşıya çıxan problemləri tədqiqata istiqamətləndirib araşdırmaqdır. ATMU-da keçirilən görüşdə universitet tələbələrinin istehsalat - təcrübə imkanlarının təşkili, sənaye ilə əməkdaşlığın daha da inkişafı və sair məsələlər ətraflı müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə