Şair, yazıçı Elxan Elatlı Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) tələbələrlə görüşüb.
SİA-nın məlumatına görə, ATMU Tələbə Gənclər Təşkilatı Kitab klubunun təşkilatçılığı ilə baş tutan görüşdə Elxan Elatlının həyat və yaradıcılığı barədə məlumat verilib. Səmimi qarşılandığına görə təşəkkürünü bildirən qonağı ədəbi bədii sənət aləminə maraq göstərən tələbələrə yaradıcılıq uğurlarının sirlərindən danışıb. Görüşün sonunda Elxan Elatlı universitetdə keçirilən şeir yarışmasının qaliblərinə xatirə hədiyyələri təqdim edib. Sonda xatirə şəkil çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB