“Vətənim - and yerim” adlı musiqi müsabiqəsi keçirilir

“Vətənim - and yerim” adlı musiqi müsabiqəsi keçirilir

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, YAP Gənclər Birliyinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatı dəstəyi ilə “Vətənim - and yerim” adlı musiqi müsabiqəsi keçirilir.

SİA-nın məlumatına görə, istedadı olan gəncləri tanıtmaq məqsədilə təşkil olunan müsabiqədə özünə güvənən hər bir gənc iştirak edə bilər. Müsabiqə üç mərhələdən ibarət olacaq və sonda ilk 4 yerin sahibi mükafatlandırılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər https://goo.gl/forms/HiDNkxKgkYoPgDYX2 linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün son tarix dekabrın 1-dir.

Qeyd edək ki, layihənin rəhbəri Orxan Məmmədovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə