ADGTT-dan həftəsonu maraqlı tamaşalar

ADGTT-dan həftəsonu maraqlı tamaşalar

Həftəsonu Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı kiçik və böyük yaşlı tamaşaçıları üçün maraqlı, bir-birindən rəngarəng və məzmunlu tamaşalar təqdim edəcək. SİA-nın məlumatına görə, teatrda dekabrın 2-də məktəblilər üçün gündüz saat 12:00 və 14:00-da Y.Şvartsın “Qırmızı papaq”, dekabrın 3-də eyni saatlarda A.Şaiqin “Danışan gəlincik” tamaşaları nümayiş etdiriləcəkdir.

Kollektiv dekabrın 2-si axşam saat 19:00-da İlyas Əfəndyevin “Məhv olmuş gündəliklər”, dekabrın 3-də isə U. Şeksprin “III Riçard” tamaşaları ilə öz tamaşaçılarını sevindirəcək.

Tamaşalarda əsas obrazları teatrın tanınmış və istedadlı aktyorları Əməkdar artistlər Elşən Rüstəmov, Nofəl Vəliyev, Sövqi Hüseynov, Leyli Vəliyeva, Gülər Nəbiyeva, aktyorlar Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Elşən Hacıbabayev, Müşfiq Əliyev,Anar Seyfullayev, Venera Abbasova, Güşvər Şərifova, Mehriban Hüseynova və başqaları ifa edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə