Nazir mədəniyyət müəssisələrinin fəaliyyəti ilə də tanış olub FOTOLAR
Yevlax şəhərində vətəndaşlarla görüşən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə də tanış olub. SİA-nın məlumatına görə, ilk olaraq Yevlax şəhər Mədəniyyət Mərkəzinə gələn nazirə müəssisənin fəaliyyəti haqqında məlumat verilib. Mərkəzdə əhaliyə mədəni xidmətlərin göstərilməsi, milli adət-ənənələrin, musiqi mədəniyyətimizin təbliği istiqamətində görülən işlərdən bəhs olundu. Bildirilib ki, burada dərnəklər, kurslar, özfəaliyyət kollektivləri fəaliyyət göstərir.
Əbülfəs Qarayev daha sonra şəhərdəki Yaradıcılıq Mərkəzinin binasında fəaliyyət göstərən kukla teatrı ilə tanış olub. Nazir teatra müvafiq səhnə avadanlıqlarının veriləcəyini bildirdi, onun gələcək fəaliyyəti ilə bağlı tövsiyələrini diqqətə çatdırıb. Teatr kollektivinin səhnələşdirdiyi tamaşadan parça nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB