Bakı Bələdiyyə Teatrı 18-ci mövsümünü “Qaravəlli” satirik komediyası ilə açıb-FOTO
Bakı Bələdiyyə Teatrı 18-ci mövsümünü xalq yazıçısı Anarın "Qaravəlli" satirik komediyası ilə açıb. SİA-nın məlumatına görə, açılışda çıxış edən teatrın bədii rəhbəri və direktoru, xalq artisti Amalya Pənəhova bildirib ki, bu tamaşa ilə teatr yeni mövsümünü açıq elan edir: "Bu tamaşanı hazırlayan rejissor, hansı ki, yeni quruluşda "Cavad xan"ı çəkən Rövşən Almuradlıdır. Biz teatrın hər yeni mövsümündə dünyasını dəyişən sənətkarları xatırlayırıq. Bu ildə bizim üçün çox ağrılı oldu. Çünki bir çox tanınmış şəxsiyyətləri itirdik. Hətta bu teatrın sərəncamçı direktoru, xalq artisti, "Qızıl dərviş" mükafatı laureatı olan Yusif Muxtarovu da itirdik. Bütün bunlara görə də bu həyatda bir-birimizə çalışaq ki, təmənnasız xidmət edək. Çünki bu dünyada yalnız yaxşılıq qalır".
Amalya Pənahovanın çıxışından son illərdə dünyasını dəyişən sənət adamlarının, aktyorların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tamaşanın quruluşçu rejissoru Rövşən Almuradlı: "Hər bir əsər teatrda hazırlanarkən onun təqdimatı ilə məşğul olunmur. Xalq yazıçısı Anarın "Qaravəlli" əsəri 1965-ci ildə qələmə alınıb. Əgər bu əsər bu günün sözünü, dərdini, yükünü daşımağa qadirdisə, deməli bu əsər hələ də yaşayır. Bu əsərin vasitəsi ilə biz sözümüzü deyə bilirik. Tamaşanın müəllifi teatr və rejissordur. Bu mənada hesab elədik ki, bu tamaşanı biz teatr mövsümünün açılışında istifadə edək. Bu günün dərdini tamaşaçılarla bölüşmək istədik. Bütün bunlara görə biz bu əsərə müraciət etdik",- deyə bildirib.
Həmçinin Bakı Bələdiyyə Teatrı bu əsərlə milli teatr festivalına qatılacaq. Tamaşa festival çərçivəsində dekabrın 4-də nümayiş olunacaq.
Tamaşada bədii quruluş hissə müdiri əməkdar mədəniyyət işçisi Nazim Abidov, ədəbi dram hissə müdiri Vidadi Hüseynov, səs rejissoru Rasim İlyasov, dekoratçı rəssam Sərəncam İbrahimovadır.
Rollarda Ramin Şıxəliyev, Toğrul Rza, əməkdar artistlər Əhməd Salahov, Firəngiz Babayeva, Əfqan Soltanov, Tofiq Bayramov, Səmayə Sadıqova, Rafiq İbrahimov, aktyorlar İlqar Musayev, Zaur Həmidov və başqaları çıxış ediblər.
Qeyd edək ki, tamaşada Mirzə Ələkbər Sabirin şeirlərindən də istifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB