Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının "Azərbaycan ədəbi fikri və Hüseyn Cavid" kitabı "Çaşıoğlu" nəşriyyatında çapdan çıxıb.
SİA-nın məlumatına görə, kitabın elmi redaktoru akademik İsa Həbibbəyli və AMEA-nın müxbir üzvü Teymur Kərimli, "ön söz"ün müəllifi isə filologiya üzrə fəlsəfə doktoru Vaqif Yusiflidir.
Kitabda dahi şairimiz H.Cavidin yaradıcılığına həsr olunmuş məqalə və monoqrafiyalar elmi təhlil obyektinə çevrilir, keçən əsrin iyirminci illərindən başlayaraq bu çağımıza qədərki zaman müddətində H.Cavidə, onun şəxsiyyətinə, yaradıcılığına münasibət aydınlaşdırılır. Kitabda belə bir fikir təsdiq olunur ki, cavidşünaslıq artıq ədəbiyyatşünaslıq elmimizin mühüm qollarından birinə çevrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB