Ağalar İdrisoğlu: “Elxan Əhədzadə həyatını bu ülvi işə təmannasız sərf etmək yolunda dünyasını dəyişdi” - AÇIQLAMA
Yazıçı-rejissor, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru Ağalar İdrisoğlu xalq artisti Elxan Əhədzadənin ölümü ilə bağlı öz fikirlərini bildirib. A.İdrisoğlunun SİA-ya verdiyi açıqlamasında aktyorun ölümündən kədərləndiyini dilə gətirib.
"Elxan Əhədzadə mənim tələbə yoldaşım olub. Onunla tanışlığım 1971-ci ildən başlayıb. O, elə o zamandan papulyarlıq qazanmışdı. O, insanlarla tez dil tapmasına, istedadına və dostcanlığına görə hər zaman seçilirdi. Qeyd edim ki, o, rəhmətlik xalq artisti Telman Adıgözəlov ilə daha yaxından dost idi. Mən 2000-ci ildə xalq yazıçısı Elçinin "Teatr özünə gülür" adlı maraqlı muziklini, hansı ki, onun bəstəkarı əməkdar incəsənət xadimi Sərdar Fərəcov idi, bu muzikildəki baş rolu Elxan Əhədzadəyə verdim. Ancaq biz bu tamaşanı bəzi səbələrdən və əsasən də mənim infakt keçirərək xəstəxanaya düşməyimdən oynaya bilmədik. Bu niskil bizim ürəyimizdə qaldı. Mən məşq prosesində görürdüm ki, o çox gözəl aktyordur. O, həm dramatik, həm opera, həm də musiqili teatr aktyoru idi. Allah o insana hərtərəfli istedad vermişdi. O, həm yaxşı insan, həm də gözəl sənətkar idi. Onunla hər görüşəndə deyirdim ki, Allah mənə tamaşalar hazırlamağa imkan versin. Musiqili tamaşalar hazırlayanda mütləq sənə rollar verəcəm. Əfsuslar olsun ki, ulu tanrı bu arzumuzu həyat keçirməyə vaxt vermədi. Elxan heç kimi təkrar etməyən bir aktyor olub. Buna baxmayaraq hərdən deyirlər ki, onun səsi biraz Müslüm Maqomayevin səsinə oxşayırdı. Ancaq onu deyim ki, onların səsləri oxşasa belə ayrı-ayrı formalarda idi. Onu itirmək mənim üçün çox ağrılıdır. Allah ona rəhmət eləsin və qəbri nurla dolsun", - deyə Ağalar İdrisoğlu vurğulayıb.
Yazıçı-rejissor onu da bildirib ki, E.Əhədzadə Azərbaycanın xalq artisti olaraq heç olmasa II Fəxri Xiyabanda dəfn olunardı: "Belə olmasını ona görə istəyərdim ki, bu xeyirxah əməl o biri aktyor üçün bir təslli olardı".
A.İdrisoğlu E.Əhədzadənin Musiqli Komediya Teatrında vida mərasimin keçirlməməsinə dair də öz fikrini bildirib: "Əgər oradan götürməyə imkan yox idisə, ən azından onu Aktyorlar evindən götürə bilərdilər. Axı o, həyatını və yaradıcılığının böyük bir hissəsini Musiqili Komediya Teatrına həsr edib. Tanınmış incəsənət işçilərinə belə etinatsızlıq olanda biz sınırıq və bu bizlərə çox pis təsir edir. Bu halların qarşısında da bizi bir sual düşündürür- Niyə? Bu sualın cavabını da yüksək təşkilatlar bilir. Niyə bu belə olur və niyə belə davam edir? Hesab edirəm ki, bütün bu qədər diqqətsizliyə nəinki onun ailəsi, hətta bütün incəsənət adamları da narazıdır. İnanmıram ki, kimsə bu etinatsızlıqdan razı qala bilər. Belə bir ustad sənətkara bu cür qiymət vermək düzgündürmü? Onun bir ay xəstə yatmasından rəhbərliyinin xəbəri olmamasını heç cürə başa düşə bilmirəm. Mən uzun illər teatrlara rəhbərlik etmişəm. Ən kiçik aktyorundan tutmuş ən böyük aktyorun həyatındakı problemi fikirləşmişəm və çalışmışam ki, bacardığım qədər onu həll edim. Bu məsələdə mən Mədəniyyət və Turizm Nazirliyini günahlandırmıram. Hər bir teatrın rəhbəri bilavasitə öz kolektivi ilə daima maraqlanmalıdır. Hər şeyi də Mədəniyyət və Turizm Nazirliyinin üzərinə atmaq olmaz axı? Nazirliyin də çoxlu problemləri var. Nə vaxtki Elxanın bütün tamaşaları anşlaqla keçirdi o zaman o yaxşı idi, ancaq xəstələnən kimi pis oldu? Bu düzgün fikir deyil. Musiqli Komediya Teatrının rəhbərliyi istəsə idi onun vida mərasimini teatrda təşkil edə bilərdi. Necə deyərlər "çobanın könlü olsa, təkərdən pendir tutar". Uzun müddət teatr rəhbərliyi işlədiyimə görə bunu bilirəm. Mən teatrda rəhbər çalışdığım zamanlarda hər şey çox çətin idi. İndi teatra rəhbərlik eləməyə nə var ki? Çünki indi Azərbaycan dirçəlmiş bir ölkədir. Bir sözlə Elxan kimi aktyoru vaxtında qoruyub saxlamaq lazım idi. Bəlkə də onun müailəcəsi ilə teatr rəhbərliyi vaxtında məşğul olsa idi belə tezliklə onu itirməzdik. Teatr sahəsində çalışan dahilərin belə bir cümləsi var: "Səhnə qurban tələb edir". Düşünürəm ki, Elxan Əhədzadə də elə sənət yolunda qurban getdi. O səhnənin müqəddəsliyi yolunda dünyasını dəyişdi".
Əməkdar incəsənət xadimi Sərdar Fərəcov da xalq artisti haqqında öz fikirlərini bölüşüb. S.Fərəcov bu kədərli xəbəri eşidəndə çox pis olduğunu qeyd edib: "Onun ölümü Azərbaycan mədəniyyətinin böyük itkisi oldu. Çünki Elxan Əhədzadə geniş diapazonlu sənətkar idi. E.Əhədzadə vokalçılıq sənəti ilə yanaşı həm də zamanında bir çox bədii filmlərdə aktyorluq edib. Azərbaycan Dövlət və İncəsənət Universitetinin məzunu olaraq filmlərdə unudulmaz obrazlar yaradıb. O, həmçinin Rəşid Behbudovun Mahnı Teatrında uzun illər çalışıb. Onun ecazkar səsinə görə Musiqili Komediya teatrına dəvət etmişdilər. Həmin teatrda o unudulmaz rollar yaradıb. Eyni vaxtda onu Dövlət Opera və Balet teatrında işləmək üçün dəvət etmişdilər. Bir çox tanınmış sənətkarların əsərlərində onun ifasından istifadə ediblər. Musiqisevərlər onu gözəl vətənpərvər mahnıların ifaçısı kimi daha yaxşı tanıyırlar. Azərbaycanın hərbi orkestrinin solisti kimi Elxan Əhədzadə konsertlərdə çıxışlar edib".
"Bəstakar olaraq mənə də onunla işləmək qismət oldu. Bizim bir yerdə işlədiyimiz və ulu öndər Heydər Əliyevə həsr olunan "Böyük vətəndaş" haqqında mahnı onun ifasında böyük marağa səbəb olmuşdu. Daha sonra Dədə Qorqudun "Beyrək" əsərinin mahnılarını o ifa edib. Onun sənətinə hər zaman heyran qalmışam. O, deyilən hər bir sözə hörmətlə yanaşan sənətkar olub, baxmayaraq ki, o, vokal sənətinin mahir ifaçısı idi. Bildiyimə görə, son vaxtlar o öz evində kiçik bir studiya açmışdı. Qeyd edim ki, Elxan Əhədzadə vokalçılar arasında ingilis dilini bilməsi ilə də seçilirdi. Ümumiyyətlə isə o, qərb mədəniyyətini, üslubunu mənimsəyən və bütün bunları öz sənətində əks etdirən bir sənətçi idi. Bu xüsusiyyətlər Elxan Əhədzadəni digərlərindən fərqləndirirdi. Hərdən söz düşəndə ki, filan aktyorun, filan müğənninin arxasında filan şəxsiyyətlər dayanır. Onlara həmin adamlar köməklik edir. Lakin Elxan haqqında düşünəndə belə deyirdik: "Elxanın arxasında onun qüdrətli səsindən, istedadından başqa heçnə dayanmaz". Onun həyatdan belə tezliklə getməsini mən qəbul edə bilmirəm. O hələ çox şeyləri gerçəkləşdirə bilərdi. O, onun sənətini sevənləri hələ çox heyrətləndirə bilərdi. Ancaq neyləmək olar ki, bu dünyanında öz qanunları var və bu dünya çox fanidir. Görünür ki, onun Allahdan qisməti bu qədər imiş. Allah ona qəni-qəni rəhəmət eləsin. O hər bir insanın xatirində silinməz izlər buraxıb və o, həmişə musiqisevərlərin qəlbində yaşayacaq. Nə qədər ki, Azərbaycan mədəniyyəti və teatrı var Elxan Əhədzadənin adı həmişə olacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB