Mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları üçün təlimlər təşkil edilib

Mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları üçün təlimlər təşkil edilib
Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları üçün respublikanın 3 regionu üzrə Sumqayıt, Lənkəran, Gəncə şəhərlərində təlimlər təşkil edilir və onların kompyuter bilikləri təkmilləşdirilir. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumt verilib.

Sumqayıt şəhər İnformasiya Texnologiyaları Akademiyasında Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin mütəxəssisləri tərəfindən respublikanın 20 şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları üçün təlimlər keçirilib. Təlimləri uğurla başa çatdıran kitabxana rəhbərlərinə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin sertifikatları verilib.

Təlimlərdə kitabxana rəhbərləri kitabxanalarda tətbiq olunan informasiya texnologiyalarından və İnternet xidmətlərindən səmərəli istifadə, kitabxana resurslarının yaradılması, genişləndirilməsi və dünya informasiya məkanına çıxarılması və s. mövzularda öz biliklərini təkmilləşdiriblər.

Təlimlər cari ilin 12-16 oktyabr tarixlərində Lənkəran, 26-30 oktyabr tarixlərində Gəncə şəhərlərində davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə