“10/10/10 Global Work Party” kampaniyasında Azərbaycan da təmsil olunub
Bildiyiniz kimi, 10 oktyabr tarixində qlobal istiləşmə və iqlim problemlərini gündəmə gətirmək və birgə çıxış yolu tapmaq üçün ümumdünya "10/10/10 Global Work Party" kampaniyası təşkil olunub. "İRƏLİ" İctimai Birliyi üzvləri də 10/10/10 tarixində bu qlobal kampaniyada fəal iştirak ediblər. Birliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, onların məqsədi regionun lider dövləti olan Azərbaycan gənclərinin yalnız lokal deyil, eyni zamanda qlobal problemləri daim diqqət mərkəzində saxladığı və hər zaman fəaliyyətə hazır olduğunu sübut etməklə yanaşı, "ekologiya ili" çərçivəsində fərqli bir yanaşma sərgiləmək istəyi olub.
10/10/10 tədbirlərindən ən möhtəşəmi və ən kütləvisi "İRƏLİ" tərəfindən "Yaşıl düşün" adı altında Bakıda təşkil olunub. 200-dən çox gəncin iştirak etdiyi tədbir simvolik olaraq səhər saat 10:10-da başlayıb və axşam 10:10-a qədər davam edib. Gün ərzində davam edən tədbir hər kəs üçün açıq olub, aksiya ilk olaraq iştirakçılara 350 hərəkatı və "10/10/10 Global Work Party" barədə ətraflı məlumat verilməsi ilə başlayıb. Sonra isə ekspertlər tərəfindən "Planeti qoru" və "İqlim dəyişikliyi" mövzusunda təlimlər keçilib, təlimlərin yekununda bütün iştirakçılar 3 komandaya bölünərək şəhərdə "Yaşıl xəzinə ovçuları" adlı oyuna başlayıblar. Oyunun yekununda yenidən bir araya gələn iştirakçılar aksiyanın Azərbaycanda keçirildiyini simvolizə edən nəhəng 350 işarəsi qurublar, daha sonra "Tarixin bir hissəsi ol!" adlı fotosessiya təşkil edilib, ekoloji problemlərdən bəhs edən "Ağılsızlar əsri" adlı film nümayiş olunub. Aksiyaya qatılan gənclər tərəfindən şəhər gəzintisi və şəhərdə təmizlik həyata keçirilib. Aksiyanın sonu isə axşam saat 10:10-da hər kəs elektrik enerjisinə qənaət edərək atmosferə atılan karbon qazının miqdarını azaltmaq üçün dünyadakı digər 7 milyon insana qoşularaq elektrik enerjisindən istifadəni 10 dəqiqəlik dayandırıb.
Qeyd edək ki, bu bütün dünya üzrə keçirilən ən davamlı və çox istiqamətli "10/10/10 Global Work Party" tədbirlərindən biri idi.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB