“Amfest” kino festivalı başlayıb

“Amfest” kino festivalı başlayıb
Moskvadakı "Formula Kino Horizont" kinoteatrında Amerika kinosu və ya "Amfest" adlanan festival başlayıb. SİA-nın məlumatına görə, ənənəvi keçirilən festivala artıq 5-ci dəfədir ki, baxış keçirilir. Oktyabrın 12-dək davam edəcək festival müstəqil rejissorların filmlərindən təşkil olunacaq və bu dəfə də mərasimin böyük bir hissəsi Rusiya kino bazarına çıxarılmayan filmlərə həsr olunacaq. Məhz buna görə də "Amfest" həmin filmləri geniş ekranda görməyin yeganə vasitəçisidir.

Daima dəyişikliklər etməsinə baxmayaraq, "Amfest" ilkin ideyasını qoruyub saxlayır və məqsəd tamaşaçılara əsl amerikan kinosunu təqdim etməkdir. Yüksək keyfiyyətli film kimi açılış üçün David Fincherin Facebook şəbəkəsinin yaranma tarixçəsindən bəhs edən "The Social Network" filmi seçilib.

Həmçinin festival çərçivəsində Allen Ginsbergin həyatından bəhs edən "Gry", Robert de Niro, Eduard Norton, Milla Yovoviç kimi populyar kinoulduzların rol aldığı "Stone" filminin də nümayişi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə