Tvinninq layihəsinə həsr edilmiş tədbir keçirilib

Tvinninq layihəsinə həsr edilmiş tədbir keçirilib

Azərbaycan Milli İncəsənət Muzeyində Tvinninq layihəsi nailiyyətlərinin cari və gələcək fəaliyyətinin təqdimatına həsr edilmiş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari və tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Nazir Əbülfəs Qarayev çıxış edərək mədəniyyət sektorunun idarə olunmasında layihəsinin əhəmiyyətindən danışıb.

Qeyd edilib ki, layihənin məqsədi Avropa İttifaqı ölkələrinin təcrübəsinə və hüquq mexanizmlərinə əsaslanaraq Azərbaycanın mədəniyyət sektorunda islahatlar prosesinə töhfə verməkdir. Layihənin bu günə kimi əldə etdiyi əsas nəticələr, mədəni sərvətlərin ərazi üzrə inteqrativ idarəetmə planlaşdırılmasına yönələn cari fəaliyyətləri tərəfdaş dövlətlərlə paylaşılır.

Vurğulanıb ki, Azərbaycanda mədəniyyət sektorunun idarə olunması sisteminin öyrənilməsi istiqamətində 10-dək təlim kursu keçirilib, 2 pilot layihə üzrə işlər davam etdirilir. Həmçinin, “Milli mədəni irsin idarə olunma və rəhbərlik modelinə tövsiyələr” sənədi hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari sözügedən layihə ilə bağlı fikirlərini bölüşüb, əhəmiyyətindən danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə