Azərbaycanın gənc musiqiçiləri Şostakoviç və Prokofyev adına təqaüdə layiq görülüblər
Prezident təqaüdçüləri, Bakı şəhər Rostropoviçlər adına 21 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi İsrafil Rəsulov (truba) və məktəbin məzunu, hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının I kursunda təhsil alan Nicat Məmmədov (fleyta) Moskva şəhərində dünya şöhrətli, mərhum sənətkar Mstislav Rostropoviç adına Fondun keçirdiyi "Slava Maestro" ustad siniflərin II Beynəlxalq Festivalında iştirak ediblər. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ustad sinifləri Qalina Vişnevskayanın Opera Mərkəzinin konsert zalında keçirilirib. Həmyerlilərimiz Festivalın açılışında və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında çox böyük uğurla çıxış ediblər. Burada onlar həm görkəmli Azərbaycan, həm də dünya şöhrətli bəstəkarların əsərlərini ifa ediblər. Bunun nəticəsi olaraq hər iki gənc musiqiçi Moskva Dövlət Konservatoriyasında təhsillərini davam etdirmək dəvəti alıblar.
Mstislav Rostropoviç Mədəniyyət və Humanitar Proqramlar Fondu rəhbərliyinin qərarına əsasən 2010/2011-ci tədris ilinə İsrafil Rəsulov D.D.Şostakoviç adına, Nicat Məmmədov S.S.Prokofyev adına təqaüdə layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB