MTN Bəhreyn arxeoloji irs evinin açılışında təmsil olunub FOTOLAR

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Bəhreyn Krallığına səfər edib. SİA-nın məlumatına görə, səfər çərçivəsində bir sıra işgüzar görüşlər keçirən heyət üzvləri eyni zamanda bir sıra mədəni tədbirlərdə də iştirak edib.

Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Günel Aslanova Bəhreynin mərkəzi küçələrinin birində yerləşən “Bəhreyn Arxeoloji İrs Evi”nin yenidənqurmadan sonra həyata keçirilən təntənəli açılış mərasimində iştirak edib.

Bəhreyn Krallığının Mədəniyyət və Əntiq Əşyalar Naziri xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə açılış mərasimində çıxış edərək qeyd edib ki, son illərdə Bəhreyndə həm tarixi abidələrin bərpası həm də yeni muzeylərin açılışları olub. Həmçinin vurğulayıb ki, Bəhreynə turist səfərlərinin sayının artması nəticəsində belə obyektlərə maraq artıb. Bəhreyn mədəni irsinin beynəlxalq aləmdə tanıdılması baxımından bu cür turizm nümayişi obyektlərinin bərpasının vacibliyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə