Azərbaycanlı və erməni gənc rejissorların birgə ərsəyə gətirdikləri sənədli filmlərin nümayişi olub
Bu gün Azərbaycanda və Ermənistanda istehsal olunan sənədli filmlərin nümayişi keçirilib. SİA-nın məlumatına görə, 3 film izləyicilərin ixtiyarına verilib ki, bunlardan biri azərbaycanlı və erməni gənc rejissorların birgə çəkdikləri "Kamança-namə" film olub. Bu film Azərbaycanın xalq artisti Habil Əliyev və Ermənistanın məşhur kamança ifaçısı haqqındadır. Onlar kamançanın özəlliklərindən söhbət açıblar. Filmin rejissoru Toğrul Civarlı və Livon Kalentardır. Filmin müəllifi isə Vüqar Səfərovdur.
İkinci film "Dirçəliş" adlanır. Bu filmdə Dağlıq Qarabağ müharibəsi zamanı hər iki gözünü itirmiş azərbaycanlı döyüşçünün həyatından bəhs olunur.
Digər film isə "Qozun möhkəmi" adlanır. Bu film isə Azərbaycanda yaşayan erməni ailəsi haqqındadır.
Tədbirdə iştirak edən Humanitar Tədqiqatlar Cəmiyyətinin nümayəndəsi Kərim Kərimli bildirib ki, belə layihələrin həyata keçirilməsinə yaydan başalnılıb: "Bu filmlər iyun ayında Gəncədə nümayiş olunub. Bütün məqsədimiz Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qurulub. Hər kəs öz sahəsində bacarığını göstərir, biz də bu şəkildə addım atırıq".
Məlumat üçün bildirək ki, hər 3 film dörd- ingilis, rus, erməni və azərbaycan dillərində səsləndirilib.
Qeyd edək ki, bu filmlər "Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Avropa əməkdaşlığı" layihəsi çərçivəsində Böyük Britaniyanın Barışıq Resursları Təşkilatı tərəfindən maliyyələşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB