“Hörmətlə dəfn olunmaq üçün Müslüm Maqomayev kimi etmək lazım idi?” - FOTOSLAYD
Azərbaycanın xalq artisti, Musiqili Komediya Teatrının aktyoru Elxan Əhədzadə bu gün 14.30-da son mənzilə yola salındı. SİA-nın məlumatına görə, vida mərasimi aktyorun evində baş tutub. Mərhumu Xırdalan qəbiristanlığında valideynlərinin yanında dəfn ediblər. Dəfn mərasimində bir çox tanınmış sənət adamaları da iştirak edib.
Vida mərasimində iştirak edən xalq artisti Yaşar Nuri öz hisslərini bildirərək qeyd edib ki, bu hal onun üçün gözlənilməz olub: "10 gün bundan öncə Musiqili Komediya Teatrında məşqlərim vardı. Mərhumun səhhəti ilə bağlı onun həyat yoldaşına zəng elədim. Hətta onun həkimi ilə də əlaqə saxlamışam. Onun hepatit c xəstliyini də belə bildim. Səhər tezdən teatra gözəl əhval-ruhiyyə ilə gəlmişdim. Bu xəbəri eşidib çox pis oldum. Onunla sonuncu dəfə Kukla Teatrında oynadığım "Məşədi İbad" tamaşasında görüşmüşdük. O zaman onun əhvalı çox yaxşı idi. O Azərbaycan vokal sənətinin ən gözəl və parlaq nümunələrindən biri olub. Biz onunla tələbə yoldaşı olmuşuq. Onun bütün yaradıcılığını bilirəm. Son zamanlar onun vətənpərvərlik ruhunda ifa etdikləri mahnılar diqqətəlayiq idi".
Yaşar Nuri mərhumun teatrda və Fəxri Xiyabanda dəfn olunmamasına da toxunub: "Bunun olması üçün bir sıra tələblər var. Mən də bu işin içində olmadığıma görə heç nə deyə bilmərəm. Bütün bunlara baxmayaraq, belə sənətkarlar dünyaya səhnədə gəlir. Yaxşı olardı ki, onunla vida mərasimi məhz onun çalışdığı teatrda olaydı".
Aktyor Novruz Qartal bildirib ki, ona hər zaman Sarik deyə müraciət edirdim: "Ona zəng vurub dedim ki, Sarik necəsən? Dedi ki, az qala ölmüşdüm, ancaq şükürlər olsun indi yaxşıyam. Sadəcə olaraq mədəmdəki yara bir az açılıb deyə qanaxmam olmuşdu. Mən də ona dedim ki, özünə fikir ver. Dünən də bizim teatrda "Ər və Arvadın" məşqləri gedirdi. Mənə zəng elədilər ki, Elxanın halı yaxşı deyil. Bu xəbəri eşidəndən sonra tez onun evinə zəng elədim. Soruşdum ki, Elxan müəllimin vəziyyəti necədir, dedilər ki, həkim gəlib iynə vurub, indi də yatır. Sevindim ki, lap yaxşı. Səhər saat 7-də telefonuma zəng gəldi. Teatrın direktoru mənə dedi ki, xəbərin varki Elxan dünyasını dəyişib? Heç inanmağım gəlmirdi ki, onu bele tez itirəcəyik".
"O gözündən də əməliyyat olunub. Hətta o əməliyyatdan sonra 3 dəfə "İddialı qaraçı" tamaşasını da bir yerdə oynamışıq. Onda hepatit c xəstəliyinin olmasını bilmirdik. Çünki o daima idmanla məşğul olurdu"-deyə aktyor bildirib.
N.Qartal mərhumun teatrda vida mərasiminin keçirilməməsi ilə bağlı məsələyə də öz fikrini bildirib: "Belə bir qanun var ki, İstiqlal və Şöhrət ordenli şəxsləri Fəxri Xiyabanda dəfn edirlər. O ki qaldı onun teatrda vida mərasiminin keçirilməməsinə, çünki teatrımız təmirdə olduğu səbəbindən buna imkan olmadı".
Xalq artisti İlham Namiq Kamal vurğulayıb ki, biz onunla teatrın mövsümünün açılışından bir yerdəyik: "Mən onu Musiqili Komediya Teatrına gəlməmişdən öncə də tanıyırdım. E.Əhədzadə hərtərəfli inkişaf etmiş bir şəxsiyyət olub. Bütün dövlət əhəmiyyətli konsetlərin bağlanışında onun gözəl ifalarını eşitmişik. Bununla yanaşı, o çox səmimi və tərbiyəli bir insan idi. Onun Azərbaycan teatrından və incəsənətindən uzaqlaşmağı bizim mədəniyyətimizin yoxsullaşmasına gətirib çıxardacaq".
"Ona bu cür qiymət verilməsi birinci hal deyil. Bu hal hələ də bu şəkildə çox müddət davam edəcək. Mən bu cür hərəkətləri yaxşı hal kimi qiymətləndirmirəm"-deyə İ.N.Kamal əlavə edib.
Teymur Əmrah da mərhum haqqında öz fikirlərini bölüşdürüb: "Elxan Əhədzadə çox böyük sənətkar idi. Onun bir xöşbəxtliyi də ondan ibarət idi ki, o dahi sənətkar Rəşid Behbudovun tələbəsi olub. Bundan başqa, o Müslüm Maqomayevin məktəbindən bəhrələnib. Dəfn mərasiminin belə təşkil olunması heç xoşuma gəlmədi. Ən azından o bizim xalq artistimiz olub. M.Maqomayev əməkdar artist adı altında Moskvaya Böyük Teatra getdi. Orada böyük şöhrət qazanandan sonra onun dəfnini burda yüksək səviyyədə təşkil etdilər. Belə çıxır ki, gərək Elxan Əhədzadə də belə edərdi? Onda belə bir nəticəyə gəlmək lazımdır ki, hörmətlə dəfn olunmaq üçün Müslüm Maqomayev kimi etmək lazım idi? E.Əhədzadə bütün həyatı boyu Azərbaycan incəsənəti üçün çalışıb. Budurmu onun mükafatı? Belə olmamalı idi".
Ancaq nədənsə mərhumla illərdir çiyin-çiyinə çalışan sənət yoldaşlarından, Musiqili Komediya Teatrının aktyorları xalq artistləri Afaq Bəşirqızı və Arif Quliyevi mərhumun vida mərasimində görə bilmədik.
Bir daha bildirək ki, xalq artisti bu gün səhər saat 05:30 radələrində 62 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB