Dövlət Bayraq gününə həsr olunmuş tədbir keçirilib

Dövlət Bayraq gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında muzeyimizin və H.Aslanov adına “Mərkəzi Zabitlər Evi”nin birgə təşkilatçılığı ilə 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirilib.

SİA-nın məlumatına görə, muzeydə keçirilən tədbiri giriş sözü ilə Azərbaycan İstiqlal Muzeyinin elmi işçisi Ramazanova Gülay açıb və Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında məlumat verdi. Sonra H.Aslanov adına “Mərkəzi Zabitlər Evi”nin hazırladığı bədii-musiqili proqram səslənib.

Tədbirdə Tibb Universitetinin hərbi kursantları, Hərbi Dəniz Qüvvələrin şəxsi heyəti, Bülbül adına musiqili məktəbin şagirdləri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət batrağı gününün təsis edilməsi” haqqında sərəncamına əsasən hər il Noyabrın 9-u Dövlət Bayrağı günü kimi qeyd olunur. 2009-cu il dekabrın 4-ü isə Milli Məclis Noyabrın 9-unu Dövlət bayrağı günü kimi rəsmilləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə