“Vətən dərsi” adlı tədbir keçirilib FOTOLAR

“Vətən dərsi” adlı tədbir keçirilib FOTOLAR

9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə 6 nömrəli məktəb-liseydə “Vətən dərsi” adlı tədbir keçirilib.

“İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsindən SİA-ya verilən məlumata görə, tədbir idarənin “İçərişəhər” tarixi muzeyi ilə Dövlət Bayraq Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə “Azərbaycan bayrağı” adlı təqdimat nümayiş olunub və mövzu ilə bağlı müzakirələr aparılıb. Bədii hissədə məktəblilər Dövlət Bayrağına həsr olunmuş şeirlər səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə