Tofiq Quliyevin 100 illiyinə həsr edilən elmi konfrans və konsert keçirilib

Tofiq Quliyevin 100 illiyinə həsr edilən elmi konfrans və konsert keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq Artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin 100 illiyinə həsr edilən elmi konfrans və konsert keçirilib. SİA-nın məlumatına görə, tədbir Prezident İlham Əliyevin görkəmli bəstəkarın 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamına uyğun olaraq təşkil edilib.

Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək Tofiq Quliyevin milli musiqimizin inkişafındakı xidmətlərindən danışıb.

Sonra sənətşünas alimlərin elmi məruzələri dinlənilib.

Tədbir konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə