Vasif Adıgözəlovun 75 illik yubileyinə həsr olunan festival keçiriləcək

Vasif Adıgözəlovun 75 illik yubileyinə həsr olunan festival keçiriləcək
Xalq artisti Vasif Adıgözəlovun 75 illik yubileyinə həsr olunan festival keçiriləcək. Bu barədə SİA-ya Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlu məlumat verib. Məlumata görə, yubileyin keçirilməsi ABİ-nin keçirdiyi İdarə Heyətinin növbəti iclasının mövzusu olub.

Oktyabrın 27-31-də xalq artisti Vasif Adıgözəlovun 75 illik yubileyinə həsr olunan festival çərçivəsində oktyabrın 27-də ABİ-nin Konsert Salonunda Kamera konserti, oktyabrın 28-də Filarmoniyada Simfonik Konsert, oktyabrın 30-da Musiqili Komediya Teatrında "Aldın payını çağır dayını" tamaşası, oktyabrın 31-də Opera və Balet Teatrında "Natəvan" operası nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə