Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçirilib FOTOLAR

Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçirilib FOTOLAR

Beynəlxalq Muğam Mərkəzində Əməkdar Artist, tanınmış qarmon ifaçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçirilib.

SİA-nın məlumatına görə, tədbir Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” kanalının birgə layihəsi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb.

Tədbirdə çıxış edənlər Zakir Mirzəyevi məharətli qarmon ifaçısı, Azərbaycan muğamlarının bilicisi, öz sənətini yeni nəslə yorulmadan təbliğ edən fədakar pedaqoq və nəhayət cəfakeş alim kimi səciyyələndiriblər.

Natiqlər Z.Mirzəyevi qarmon ifaçılığında yüksək sənətkarlıq məktəbi yaratmış Kəlbəlayi Lətif, Əhəd, Abutalıb, Teyyub Dəmirov kimi azman sənətkarlardan sonra bu sənətdə öz dəst-xətti olan ifaçı kimi qiymətləndiriblər. Onun istər solo ifaçılığında, istər müşayiətçi kimi tərəf müqabil olarkən göstərdiyi yüksək peşəkarlıqdan söhbət açıblar.

Tədbirdə Zakir Mirzəyevin xalq arasında hörmət qazanmış musiqiçi və insan kimi yüksək keyfiyyətlərindən danışılıb.

Gecədə tanınmış və gənc incəsənət ustaları geniş konsert proqramı ilə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə