Muzey Mərkəzində tanınmış Azərbaycan rejissoru Lətif Səfərovun 90 illik yubileyi qeyd olunub. SİA-nın məlumatına görə, tədbirdə iştirak edən Azərbaycan Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, görkəmli Azərbaycan kinorejissoru Lətif Səfərovun anım günüdür: "Azərbaycan kinosunu L.Səfərov öz dəsti xətti və rejissor yozumu ilə tanıtdıran bir sənətkardır. Tədbirimizin çox qiymətli cəhətlərindən biri də odur ki, onun nadir foto sərgisi təşkil olunub. Bu foto sərgidə hələ heç bir yerdə işıq üzü görməyən nadir fotolar öz əksini tapıb. Onun həyat və yaradıcılığı ilə daha yaxından tanış olmaq imkanımız olacaq. Hesab edirəm ki, bu kimi tədbirlər Azərbaycan kinosunu daha da yaşadır. Belə tədbirlər Azərbaycan tamaşaçısının qəlbinə yol açır. Tamaşaçılar belə tədbirlər vasitəsi ilə vaxtı ilə yaşayıb yaradan sənətkarın işləri ilə daha yaxından tanış olurlar".
Daha sonra əməkdar incəsənət xadimi Aydın Kazımzadə: "Azərbaycanın çox görkəmli sənətkarı Lətif Səfərov yaddaşımızda təkcə sənətkar kimi deyil, eləcə də çox cəsarətli, əyilməz bir insan kimi yaddaşlara həkk olunub. O, heç vaxt bədbin insan olmayıb. Hər zaman nikbin insan olmağa çalışıb. O Azərbaycan kinosunun inkişafı üçün çalışan biri olub. Bundan başqa, L.Səfərov Azərbaycan Kinematoqrafiya İttifaqının yaradıcısı idi. Ancaq çox təəssüf ki, ittifaqın yaradıcısı bu, amma I qurultay olanda onun yerinə Həsən Seyidbəylini seçdilər. Ona bu cür mənfi təsirlər göstərirdilər", deyə bildirib.
Məlumat üçün bildirək ki, Lətif Səfərov 1920-ci ilin sentyabrın 31-də Şuşa şəhərində anadan olub. Onun kinematoqrafiya ilə ilk tanışlığı 1927-ci ildə olub. Bu tanışlıq Lətifi kino sənətinə həmişəlik bağlayır. L.Səfərov Moskvada Kinematoqrafiya İnstitutunda təhsil almaqla yanaşı 1947-ci ildə ilk dəfə müstəqil "Çağırışa cavab" adlı kinooçerk çəkir.
Nəhayət bir neçə illik fasilədən sonra Bakı kinostudiyaında "Doğma xalqımıza" bədii- sənədli, "Bəxtiyar" və "Görüş" bədii filmləri istehsal olunub ekranlara buraxılıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqının ilk sədri kimi L.Səfərovun dediyi bu sözləri unutmaq olmaz: "Əl-ələ verək, çiyin-çiyinə duraq, başa düşək ki, əgər ürəyimizdə od varsa, bu odu sinəmizdənheç kəs qopara bilməz. Ancaq bir olanda qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün, kinematoqrafiyamız üçün yaxşı işlər görə bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB