Dünya şöhrətli musiqiçilər “YARAT”ın səhnəsində FOTOLAR

Dünya şöhrətli musiqiçilər “YARAT”ın səhnəsində FOTOLAR

“YARAT” Müasir İncəsənət Mərkəzində tanınmış musiqiçilər Bencamin Britten və Sofiya Qubaydulina konsert proqramı ilə çıxış edib. SİA-nın məlumatına görə, Bencamin Britten “Frenk Bric mövzusunda variasiyalar” və Sofiya Qubaydulina isə “Fachwerk” adlı ən məşhur kompozisiyalarını səsləndiriblər.

Bencamin Britten ifa etdiyi musiqiçi kompozisiyanı müəllimi, bəstəkar Bricə həsr edib. Böyük ustalıq və peşəkarlıqla təqdim olunan musiqi nömrələri tamaşaçıların alqışları ilə qarşılanıb.

İlk dəfə 1937-ci ildə Zalsburq festivalında tamaşaçılara təqdim olunan “Frenk Bric mövzusunda variasiyalar” əsəri sonradan daha geniş ifa olunmağa başlayıb. Bencamin Britten Kral Musiqi Kollecinin tələbəsi olduğu dövrdə özünü uğur qazanmış bəstəkar kimi tanıtsa da, məhz “Frenk Bric mövzusunda variasiyalar” əsəri Brittenin adına okeanın o tayı daxil, hər yerdə böyük şan-şöhrət gətirib.

Musiqili gecədə, həmçinin Ukrayna əsilli almaniyalı akkordeon ifaçısı Roman Yusipey, Xalq Artisti Yalçın Adıgözəlov iştirak edib

Konsertdə ifaçıları Yalçın Adıgözəlovun bədii rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə