2010-cu il fevralın 22-də start götürən Milli Teatr Festivalının ikinci mərhələsi artıq başa çatıb. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi İntiqam Hümbətoğlu məlumat verib. Məlumata görə, festivalın I mərhələsində 6 teatr, II mərhələsində isə 11 teatr iştirak edib.
Tamaşalar Bakının müxtəlif teatrlarında, Azərbaycan Teatr Xadimləri İttifaqının və Sumqayıt Dövlət Musiqili Dram Teatrının səhnələrində oynanılıb. Dövlət Gənc Tamaşaçılar Teatrının foyesində Azərbaycan teatrının 137 illik tarixini əks etdirən səyyar sərgi nümayiş etdirilib.
Növbəti mərhələ isə oktyabrın 11-dən dekabrın 10-dək davam edəcək. Bakı və Sumqayıt şəhərlərində 200 nəfərdən ibarət yaradıcı kollektivlərin iştirakı nəzərdə tutulub.
Bu müddətdə Bakı və Sumqayıt şəhərlərində Qax-Gürcü, "Yuğ", Pantomima, Qazax, İrəvan Azərbaycan Dövlət Dram tetarlarının, Bakı Bələdiyyə, Bakı Uşaq, Azərbaycan Dövlət Kukla, Qax Dövlət Kuklaı və Azərbaycan Dövlət Akademik Milli Dram teatrlarnın çıxışları planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB