Bölgə teatrlarında yeni kadr dəyişikliyi edilib

Bölgə teatrlarında yeni kadr dəyişikliyi edilib
Mədəniyyət və Turizm Nazirliyi "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının icrasını təmin etmək məqsədilə teatr islahatlarının növbəti mərhələsinə başlayıb. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi Zöhrə Əliyeva məlumat verib. Məlumata görə, bölgə teatrlarının fəaliyyətini yaxşılaşdırmaq üçün yeni kadr təyinatı aparılıb.

Gümrah Ömərov Gəncə Dövlət Dram Teatrının baş rejissoru, Oruc Qurbanov İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, Həsən Həsənov Mingəçevir Dövlət Dram Teatrının direktoru, Günay Səttarova Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə