Bəstəkar Sevda İbrahimovanın 70 illik yubileyi qeyd olunacaq

Bəstəkar Sevda İbrahimovanın 70 illik yubileyi qeyd olunacaq
Oktyabrın 10-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Sevda İbrahimovanın 70 illik yubileyi münasibətilə yaradıcılıq gecəsi keçiriləcək. SİA-nın məlumatına görə, yaradıcılıq gecəsində yubilyarın həyat və yaradıcılığından bəhs edən çıxışlar ediləcək, S.İbrahimovanın əsərlərindən hazırlanmış konsert proqramı təqdim olunacaq.

Qeyd edək ki, S. İbrahimova orqan və simli orkestr üçün konsert, "Vətən şəhidləri" kantatası, "Qəmginlik" pyeslər silsiləsi, skripka və kamera orkestri üçün musiqi, "Sənin üçün darıxıram, Şuşam", "Qurbansız qalan tarım" elegiya-xatirə, piano üçün pyeslər, simli orkestr üçün "Vətən düşüncələri" musiqi əsərlərinin, Şəhriyar, S.Vurğun, B.Vahabzadə, M.Araz, H.Ziya, R.Zəka, Y.Həsən, M.Dilbazi, H.Bülluri və b. şairlərin sözlərinə yazılan mahnı və romansların və başqa əsərlərin müəllifidir. Yubiley gecəsi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə