“Mədəniyyətlərarası menecmentdə dil və əlaqə: Şahdağ xalqları və itməkdə olan dillər”

“Mədəniyyətlərarası menecmentdə dil və əlaqə: Şahdağ xalqları və itməkdə olan dillər”

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Biznesin idarəçiliyi” fakültəsinin dəstəyi və müəllim Aqil Vəliyevin təşkilatçılığı ilə müvafiq ixtisasda təhsil alan tələbələr üçün “Mədəniyyətlərarası menecmentdə dil və əlaqə: Şahdağ xalqları və itməkdə olan dillər” mövzusunda web-seminar keçirilib. SİA-nın məlumatına görə, İsveçin Malmo və Lund Universitetlərində elmi araşdırma aparan tədqiqatçı Elnur Əliyev və universitetin müəllimi Aqil Vəliyevin tələbələr üçün debat formatında təşkil etdikləri seminarda Azərbaycanda yaşayan Şahdağ etnik qrupları timsalında etnik dil və əlaqə, etnik azlıqların mədəniyyətlərarası menecmentdə rolu barədə ətraflı məlumat verilib.

E.Əliyev iştirakçı tələbələrə Malmo və Lund Universitetlərində qazandığı ixtisas təcrübəsi, Şahdağ etnik qrupunda sıralanan bəzi dillərdən təhlükəyə məruz qalanlar, o cümlədən cəmiyyətə adaptasiyası, idarəetmə sistemində iştirakı və sair barədə ətraflı məlumat verib. Qeyd edilən xalqların dili ilə bağlı qısa video görüntünün nümayişindən sonra tələbələrin çoxsaylı sualları əsasında interaktiv müzakirələr aparılıb.

Tədbirin digər məruzəçisi Aqil Vəliyev isə Azərbaycan Turizm və Menecment Universitetində menecment və marketinq istiqamətləri üzrə müəllimdir. Dünyanın aparıcı universitetlərində təşkil edilən müxtəlif təlim və layihələrin fəal iştirakçısıdır. 2014-cü ildən Avropa İttifaqının “Horizon 2020”proqramının Azərbaycan üzrə Milli koordinatordur.

Bütün xəbərlər Facebook səhifəmizdə