ASAN Viza sisteminin tətbiqi ilə bağlı görüş keçirilib FOTOLAR
“Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına uyğun olaraq, ölkəmizdə turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədəki problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, eləcə də turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə ölkə başçısının 2016-cı il 27 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Turizm Şurası yaradılıb. SİA-nın məlumatına görə, Turizm Şurasının iclaslarından biri zamanı qəbul edilmiş qərara əsasan 2017-ci ilin 1 noyabr tarixində ASAN Xidmət və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı, ölkəmizdə gəlmə turizm üzrə ixtisaslaşmış turizm şirkətlərinin iştirakı ilə ASAN Viza sisteminin tətbiqi ilə bağlı görüş keçirilib.
Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev, Turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov, Planlaşdırma və inkişaf sektorunun müdiri Cavid Abdullayev, ASAN Viza departamentinin direktoru İsmayıl Əbdüləzimov və sözügedən departamentin nümayəndələri, AzTA sədrinin müşaviri Müzəffər Ağakərimov, eləcə də gəlmə turizm üzrə ixtisaslaşmış müvafiq turizm şirkətlərinin nümayəndələri iştirak edib.
Görüş çərçivəsində ASAN Viza departamentinin direktoru İsmayıl Əbdüləzimov turizm şirkətləri üçün ASAN Viza sisteminin tətbiqi və sistem üzrə müvafiq yeniliklərlə bağlı təqdimatla çıxış edib. Çıxışdan sonra ASAN viza sisteminin tətbiqi zamanı turizm şirkətlərinin qarşısına çıxan çətinliklər, bu çətinliklərin aradan qaldırılması məqsədilə mümkün addımların atılması, eləcə də digər aktual məsələlərlə bağlı müzakirələr aparılıb, eləcə də sistemin gələcək fəaliyyəti üçün rəy və təkliflər səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB