Rafiq Hüseynovun nəşi Azərbaycana gətirilir

Rafiq Hüseynovun nəşi Azərbaycana gətirilir

Xalq artisti Rafiq Hüseynovun nəşi bu gün Almaniyadan Azərbaycana yola salınıb. SİA-nın məlumatına görə, bu haqda mərhum diktorun həyat yoldaşı Səbinə Hüseynova xəbər verib.

Diktorla vida mərasimi noyabrın 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında saat 10:00-dan 12:00-dək keçiriləcək. O, II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə