“Uşaqlar gələcəyimizin aynasıdır”

“Uşaqlar gələcəyimizin aynasıdır”

20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası Uşaq Hüquqları Konvensiyasını qəbul edilmişdir və 20 noyabr tarixi bütün dünyada “Ümumdünya Uşaqlar günü” kimi qeyd olunur. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, oktyabrın 20-dən noyabrın 20-dək respublikamızda “Uşaq hüquqları aylığı” keçirilir. Bunun çərçivəsində Azərbaycan İstiqlal Muzeyində “Uşaqlar gələcəyimizin aynasıdır” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin əməkdaşı Quliyeva Arzu, “Polisə Dəstək” İctimai Birliyinin sədri, hüquqşünas Şəmsəddin Əliyev, 53 saylı orta məktəbin “Hüquq klubu”nun sədri Vəliyev Orxan çıxış ediblər.

“Uşaqlar gələcəyimizdir” adlı film nümayiş olunub. “İdrak” liseyinin və 53 sasylı orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə