“Muğam və mənəviyyat” adlı konsert keçirilib FOTOLAR

“Muğam və mənəviyyat” adlı konsert keçirilib FOTOLAR

Heydər Əliyev Sarayında “Muğam və mənəviyyat” adlı konsert keçirilib. SİA-nın məlumatına görə, gecədə “Rast” muğam dəstgahı təqdim olunub.

Əvvəlcə "Rast" muğamının tarixindən, nəzəriyyəsindən danışılıb. Bildirilib ki, bu muğam dəstgahlarımızın sırasında birincidir. “Rast” muğamı ən qədim muğam hesab olunur. Üzeyir Hacıbəylinin dediyi kimi "Rast" çox çətin dövrlər yaşadı, lakin, bu günümüzə gəlib çatdı və öz adını musiqimizdə saxlaya bildi.

Sonra muğam dəstgahı Xalq artistləri Arif Babayev, Aygün Bayramova, Nəzakət Teymurova və Naxçıvan MR-in Əməkdar Artisti Ehtiram Hüseynovun ifasında səsləndirilib.

Fəraməz Gərmrudinin təqdimatında keçirilən konsertdə xanəndələri “Könül” ansamblı müşayiət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə