“Narkomaniya – bəşəriyyatın bəlası” FOTOLAR

“Narkomaniya – bəşəriyyatın bəlası” FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseydə bu mövzuda maarifləndirici “Narkomaniya – bəşəriyyatın bəlası” adlı tədbir-sərgi keçirib. SİA-nın məlumatına görə, tədbirdə “Polisə dəstək” İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev, Azərbaycan İstiqlal Muzeyinin elmi işçisi Əliyeva Fəxriyyə, liseyin təlim-tərbiyəvi işlər üzrə direktor müavini Bəyalıyev Valeh çıxış ediblər.

“Narkomaniya – bəşəriyyatın bəlası” adlı film nümayiş olunub və muzey tərəfindən hazırlanan sərgi təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə