Azərbaycanlı bəstəkarın əsəri beynəlxalq musiqi festivalında səsləndiriləcək

Azərbaycanlı bəstəkarın əsəri beynəlxalq musiqi festivalında səsləndiriləcək

“Moskva payızı” 39-cu beynəlxalq müasir musiqi festivalı çərçivəsində noyabrın 4-də İrkutsk Vilayət Filarmoniyasında “Anqara sahillərində Moskva payızı” adlı konsert proqramı təqdim ediləcək. Bu barədə İrkutsk Filarmoniyasının saytında məlumat yerləşdirilib. Xəbərdə deyilir ki, konsertin proqramına bəstəkar, Əməkdar İncəsənət Xadimi Fərəc Qarayevin “Elitist (moz)art” əsəri də daxil edilib. Əsəri Qubernator Simfonik Orkestri səsləndirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə