Cəmil Quliyev: “Dövlət Film Fondu uzun axtarışlardan sonra məşhur “Qara qağayı” filmini də əldə edib” - AÇIQLAMA
Azərbaycan Dövlət Film Fondunun arxivi bir neçə materiallarla zənginləşib. Bu barədə SİA-ya fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev açıqlamasında bildirib. Onun sözlərinə görə, bir neçə gün öncə Ukraynadan şəxsi arxivdən Sovet musiqisi nəşriyyatının keçmiş əməkdaşı tərəfindən Dövlət Film Fonduna xalq artisti, professor Fərhad Bədəlbəylinin 8 foto neqativi daxil olub.
C.Quliyev onu da bildirib ki, əməkdar incəsənət xadimi, kinorejissor, professor Musa Bağırov da öz şəxsi kino kitabxanasını Dövlət Film Fonduna hədiyyə edib: "O, 60-dan çox sənədli filmin müəllifidir. Çox tanınmış sənədli filmlər rejissoru olan Musa Bağırov uzun illər "Azərbaycanfilm" və "Ekran" Yaradıcılıq Birliyində 50-dən artıq sənədli filmə quruluş verib. Onun filmləri bir çox beynəlxalq festivallarda mükafatlara layiq görülüb. Bir müddət Azərbaycan televiziyasında və kinostudiyada çalışan M.Bağırov uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru olub".
"Nəhayət ki, Dövlət Film Fondu uzun axtarışlardan sonra məşhur "Qara qağayı" filmini də əldə edib. Belə ki, film 1962-ci ildə Rusiyada çəkilib. Bu filmdə baş rolda Azərbaycanın görkəmli kino aktyoru və rejissoru Ceyhun Mirzəyev çəkilib. Filmdə C.Mirzəyevlə yanaşı gənc azərbaycanlı aktrisa Səidə Dadaşova da yer alıb. Hansı ki, "Öyey ana" filmində balaca İsmayılın bacısını obrazını canlandıran Cəmilə. Bu film Latın Amerikasından bəhs edir. "Qara qağayı" filmi Georgiy Koltunov tərəfindən çəkilib"- deyə o əlavə edib.
Cəmil Quliyev onu da vurğulayıb ki, bu filmin fonda daxil olunmasında rəssam Vüqar Əliyevin böyük rolu olub: "O rəssam bizə çox kömək etdi ki, bu film bizim fondumuza daxil olsun. Sevinirik ki, biz C.Mirzəyevin kino irsini tamaşaçılara izlədə biləcəyik. Tamaşaçılarımız onu yeni bir filmdə də görə biləcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB