“M.A.P” Bakı İncəsənət Festivalı ilə bağlı mətbuat konfransı keçirilib
“YARAT” Müasir İncəsənət Mərkəzində noyabrın 1-dən 6-dək ilk “M.A.P” Bakı İncəsənət Festivalı keçiriləcək. SİA-nın məlumatına görə, bununla bağlı olaraq mətbuat konfransı keçirilib.
Mətbuat konfransında “YARAT” Müasir İncəsənət Mərkəzinin bədii və strateji direktoru Björn Geldihof, "Bakcell"-in idarəedici rəhbəri Nikolai Bekers, “M.A.P” Bakı İncəsənət Festivalında layihənin kuratorularından biri Ülviyyə Axundova, mətbuat nümayəndələri və başqaları iştirak edib.
Mətbuat konfransında ilk olaraq “YARAT” Müasir İncəsənət Mərkəzinin bədii və strateji direktoru Björn Geldihof danışıb: "Bənzəri və oxşarı olmayan bu fantastik layihə müxtəlif sənət janrlarına ehtiva edir. Festivalın bədii amalı və yüksək hədəfi ilk növbədə gənc nəsilə müasir teatr sənətinin mahiyyətini çatdırmaqdan ibarətdir. Məhz bu səbəbdən biz teatr banilərimizin maarifpərvər ideyalarına üz tuturuq. Böyük uğur qazanmış modern teatrın parlaq əsərlərini nümayiş etdiririk. Musiqi ilə səhnə arasında olan dərin əlaqələri aşkarlayırıq.
Sözsüz, teatrı yaradan da, yaşadan da bu sənətə məcnunsayağı vurğun olan insanlardır. Bizim festivalın əsas qəhrəmanları da məhz belə şəxsiyyətlərdir.
Onların istedadı, peşəkarlığı elə bir təsir qüvvəsinə malikdir ki, həm gəncləri, həm yaşlı nəsli öz ovsuna alacaqdır. Bizə bu işdə dəstək olan "Bakcell" şirkətinə təşəkkür edirik".
Tədbirdə "Bakcell"-in idarəedici rəhbəri Nikolai Bekers festival haqqında danışıb: " “YARAT” Müasir İncəsənət Mərkəzinə hər zaman "Bakcell" şirkəti olaraq dəstəyik. Ümid edirik ki, bu festival uğulu olacaq".
Mətbuat konfransında “M.A.P” Bakı İncəsənət Festivalında layihənin kuratorularından biri Ülviyyə Axundova da danışıb: "Festivalın rəsmi açılışı bir neçə saatdan sonra olacaq. İlk tamaşa "Bir əsgərin hekayəti" nümayiş olunacaq".
Mətbuat konfransının sonunda jurnalistlərin sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB