Noyabrın 2-dən 12-dək Bakıda VIII Avropa Film Festivalı keçiriləcək. SİA-nın məlumatına görə, bununla bağlı olaraq VIII Avropa Film Festivalına həsr edilmiş mətbuat konfransı baş tutub. Konfransda Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas iştirak edib.
O, festival haqda danışıb: "Festivalın proqramına 21 film daxildir. Onlardan biri Azərbaycan, biri Böyük Britaniya, biri Norveç, qalanları isə Avropa İttifaqının 18 ölkəsinin - Belçika, Bolqarıstan, Çex Respublikası, Xorvatiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya və İsveç filmləridir.
Avropanın tanınmış rejissorları da festivalda iştirak etmək üçün Bakıya gələcəklər. Festivalın qonaqları arasında tanınmış rejissorlar - bolqarıstanlı Dimitar Kotzev, belçikalı Kadır Balci, portuqaliyalı Juau Nicolau, hollandiyalı Yoram Lürsen də var. Onlar Bakıda ustad dərsləri də keçəcəklər. Festival çərçivəsində təşkil ediləcək tədbirlər ictimaiyyət üçün açıq olacaq, yəni giriş sərbəstdir. Filmlər orijinal dildə nümayiş olunmaqla yanaşı, subtitrlərdən də istifadə ediləcək. Filmlərin nümayişi zamanı interaktiv müzakirələrin keçiriləcəyi də nəzərdə tutulur".
K.Yankauskas qeyd edib ki, festival Aİ ölkələri ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin qurulması, inkişafı və Avropa dəyərlərinin daha yaxşı anlaşılması məqsədi daşıyır.
“Park Cinema” kinoteatr şəbəkəsinin satış və marketinq üzrə direktoru Musa Axundov qeyd edib ki, festival çərçivəsində nümayiş ediləcək ekran əsərləri 2016 və 2017-ci ildə ekranlaşdırılan filmlərdir. Onlar arasına müxtəlif janrlı filmlər yer alıb. Filmlər haqqında Aİ-nin Azərbaycan nümayəndəliyinin və “Park Cinema” kinoteatr şəbəkəsinin saytında ətraflı məlumat yerləşdirilib.
Qedy edək ki, sonda jurnalistlərin sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB