Nizami Kino Mərkəzi “Human Foundation” qurumunun nəzdində fəaliyyət göstərən “Human Deaf Community” ilə birgə eşitmə və danışma məhdudiyyətli insanlarla işarət dilinə tərcümə edilmiş milli “Xənnas” filmini təqdim edib.
Mərkəzdən SİA-ya bildirilib ki, filmi işarət dilinə tərcümə edən “Human Deaf Community”nin üzvü Nuranə Abıyeva və işçi komanda üzvləri səhnədən tamaşaçıları salamlayaraq gördükləri bu şərəfli işi davam etdirəcəklərini söyləyiblər.
Sonra film təqdim edilib.
Xatırladaq ki, Azərbaycanda ilk dəfə davamlı olaraq surdotərcüməli filmlər “Human Deaf Community”nin layihəsi əsasında və Nizami Kino Mərkəzinin dəstəyi ilə təmənnasız nümayiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB