“Ana qaz” Azərbaycan teatrının səhnəsində

“Ana qaz” Azərbaycan teatrının səhnəsində
Bu gün saat 17.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Rəsul Rzanın bir pərdəli ibrətamiz "Ana qaz" tamaşasının nümayişi keçiriləcək. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib. Tamaşanın quruluşçu rejissoru və səhnələşdirəni Nicat Kazımovdur.

Quruluşçu rəssam Mustafa Mustafayev, musiqi tərtibatı Fəxrəddin Dünyamalıyevdir.

Rollarda Kəmalə Hüseynova, Elnur Kərimov, Rasim Cəfərov, Mehriban Hüseynova, Asya Atakişiyeva, Ceyhun Məmmədov və başqaları çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə