“Sonuncu romantik” adlı konsertin mətbuat konfransı keçirilib - FOTO
Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında beynəlxalq mesabiqələr laureatı, bəstəkar Rizvan Sadırxanovun və məşhur tanınmış rus şairi və ictimai xadim, SSRİ dövlət lauereati olan Andrey Dementyev konserti keçiriləcək. SİA-nın məlumatına görə, bugünki konsertlə bağlı mətbuat konsfransı keçirilib.
Mətbuat konfransında çıxış edən A.Dementyev bildirib ki, sonuncu dəfə Bakıda 1982-ci ildə olub. Azərbaycan poeziyası və onun nümayəndələri ilə şəxsi tanışlığından danışaraq İsa Hüseynov, Nəbi Xəzri və Salam Qədirzadə ilə birlikdə oxuduqlarını söyləyib.
O bildirib ki, səfərinin məqsədi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bir sıra beynəlxalq müsabiqələr laureatı, bəstəkar Rizvan Sədirxanovla birgə yaradıcılıq gecəsi keçirməkdir. "Sonuncu romantik" adlı konsertdə R. Sədirxanov A. Dementyevin sözlərinə yazdığı mahnıları ifa edəcək.
R. Sədirxanov 20 ildən artıqdır ki, A. Dementyevlə əməkdaşlıq etdiyini, bir neçə birgə diskin müəllifləri olduqlarını açıqlayıb. "Martda olmalı konsert bəzi texniki səbəblərə görə bu günə keçirilib. Bu konserti təşkil etdiklərinə görə Mədəniyyət və Turizm Nazirliyinə öz təşəkkürümüzü bildiririk"- deyə o əlavə edib.
Məlumat üçün bildirək ki, konsertdə Mikayıl Müşviqin kompozisiyaları ilə yanaşı Rizvan Sadırxanovunda ifaları səslənəcək.
Konsertdə əməkdar artist Əvəz Abdullayev, Səbinə Əsədova, Nigar Cəbiyeva, Emil Minyaşev və başqaları çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB