Ramiz Quliyevin 70 illik yubileyi qeyd olunacaq

Ramiz Quliyevin 70 illik yubileyi qeyd olunacaq

Oktyabrın 31-də Beynəlxalq Muğam Mərkəzində tanınmış tarzən, Xalq Artisti, “Şöhrət” ordenli Ramiz Quliyevin 70 illik yubileyinə həsr edilmiş “Səslən tarım” adlı tədbir keçiriləcək. SİA-nın məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Tədbirdə sənətkarın həyat və yaradıcılığından danışılacaq, musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq.

Konsert proqramı ilə davam edəcək konsertdə yubilyarın özü ilə yanaşı, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri çıxış edəcəklər.

Gecədə ifaçıları Xalq Artisti Adil Bağırovun dirijorluğu ilə Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri Ansamblı müşayiət edəcək.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə