“Ağ pələnglər" Bakıya gəlir

Bakı Dövlət Sirki yeni mövsümü noyabrın 9-da “Ağ pələnglər attraksionu” sirk-şousu ilə açacaq. SİA-nın məlumatına görə, tamaşaçıları həmişə yeniliklərlə, qeyri-adi nömrələrlə sevindirən Bakı Dövlət Sirki bu dəfə də ənənəsinə sadiq qalıb. Proqrama ağ pələnglər, qeyri-adi illüziya, “İriston” cigitlər qrupu, əhliləşdirilmiş itlər, hava gimnastları, unikal yelləncəkdə akrobatlar, həlqələrlə rəqs, jonqlyor, şən kloun və digər nömrələr daxildir.

Biletləri sirkin kassalarından əldə etmək olar.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə