Muğam sevərlər üçün konsert

Beynəlxalq Muğam Mərkəzində reallaşan “Muğam axşamları” layihəsinin ikinci mərhələsinin növbəti konserti noyabrın 1-də gerçəkləşəcək. SİA-nın məlumatına görə, konsert “Orta mahur” və “Rahab” muğamlarına həsr ediləcək.

Konsertdə respublikanın tanınmış xanəndələri Xalq Çalğı Alətləri Ansamblının müşayiətilə muğamın müxtəlif şöbələrini ifa etməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də yer verəcəklər.

Qeyd edək ki, icrasına cari ilin may ayında “Rast” muğamı ilə start verilmiş möhtəşəm layihənin növbəti konserti noyabrın 15-də “Bayatı-Qacar” və “Şahnaz” muğamlarına həsr olunacaq.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə