Mövsümün ilk konsert proqramı təqdim olunub FOTOLAR

Mövsümün ilk konsert proqramı təqdim olunub FOTOLAR

Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallaşan “Muğamat var olan yerdə” layihəsi çərçivəsində mövsümün ilk konsert proqramı təqdim olunub.

Mərkəzdən SİA-ya bildirilib ki, konsertdə VI “Muğam televiziya müsabiqəsi”nin qalibi, gənc xanəndə Pərviz Qasımov çıxış edib.

“Dilkeş”, “Şikəsteyi-fars” təsniflərinin, “Dəli ceyran”, ”Xumar oldum”, “İlk məhəbbət”, “Yaşa məhəbbətim, yaşa ürəyim” xalq və bəstəkar mahnılarının səsləndiyi konsert proqramı “Qarabağ şikəstəsi”nin ifası ilə yekunlaşıb.

Gənc xanəndənin müəllimi, Əməkdar Artist Təyyar Bayramovun da çıxış etdiyi konserti “Uğur” ansamblı müşayiət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə