Razim Əkbərov: "Yaddaşlardan silinən incəsənət nümunələrimiz erməni kimi xalqlar tərəfindən oğurlanır və özününkiləşdirilir"
Bu gün Bacarıqlı Əllər Dünyası İctimai Birliyinin təşkilatçılığı ilə "Azərbaycan Milli ornamentlərinin təmiri və bərpası layihəsi" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə tədbirdə Bacarıqlı Əllər İctimai Birliyinin rəhbəri Azadə Məmmədova, Rəssamlar ittifaqının üzvü Razim Əkbərov və başqaları iştirak ediblər.
Tədbiri giriş sözləri ilə açan Azadə Məmmədova bildirib ki, belə tədbirlər layihələrinin göstəricisidir. Tədbirin məqsədi haqda danışan rəhbər layihənin 2 ay davam edəcəyini vurğulayıb: "Tədbirlərin keçirilməsində əsas məqsədimiz Azərbaycanın itib-batmış bacarıqlarının üzə çıxarılmasıdır. Layihəmiz 2 ay davam edəcək. Bu müddət ərzində biz bir çox Azərbaycan rayonlarını gəzərək orada da bu tədbirləri keçirəcəyik. Çünki məqsədimiz bütün Azərbaycandakı bacarıqların üzə çıxarılmasıdır. Ornament dedikdə yalnız əl işləri, rəssamlıq, xalçaçılıq nəzərdə tutulmur. Burada misgərlik, daş üzərində oyma, güləbətin və bir çox işlər var".
Daha sonra çıxış edən Razim Əkbərovun sözlərinə görə, itmiş incəsənət üzvlərinin nəinki Azərbaycanda, hətda bütün dünyada tanınması planlaşdırılır: "Bu gün Azərbaycanda incəsənətlə bağlı bir çox sahə itib-batır. Əsasən qurama işləri məhv olma astanasındadır. Zamanla yaddaşlardan silinən incəsənət nümunələrimiz erməni kimi xalqlar tərəfindən oğurlanır və özününkiləşdirilir. Bizim də məqsədimiz bunların bizim mədəniyyətimizə aid olduğunu bütün dünyaya çatdırmaqdır".
Tədbirin sonunda əl işlərindən ibarət sərgi nümayiş edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB