Şagirdlər ölkəmizi beynəlxalq müsabiqədə uğurla təmsil ediblər FOTOLAR

Şagirdlər ölkəmizi beynəlxalq müsabiqədə uğurla təmsil ediblər FOTOLAR

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin şagirdləri Azərbaycanı beynəlxalq müsabiqədə uğurula təmsil ediblər. SİA-nın məlumatına görə, Finlandiya Respublikasının Hyuvinka şəhərində uşaq və gənclər arasında keçirilən “Together” 16-cı Beynəlxalq İncəsənət müsabiqə-sərgisində məktəbin rəssamlıq şöbəsinin II sinif şagirdləri (müəllim Elmar Ağamirzə) Emil Abdullayev “Qara qızılın nəğməsi” və Mikayıl Məmmədzadə “Mənim asudə vaxtım” adlı rəsm əsərləri ilə diploma layiq görülmüşlər. Müsabiqədə qalib gələn əl işləri 2018-ci ilin yanvar ayının sonunadək Finlandiya Respublikasının müxtəlif rəsm salonlarında sərgilənəcəkdir.

Qeyd edək ki, müsabiqə-sərgidə dünyanın 66 ölkəsindən 6800 iş nümayış olunmuşdur. Müsabiqə-sərgi uşaqların mədəniyyət və incəsənət təhsilinin inkişaf etdirilməsi ilə yanaşı onların multikultural dünyada bərabərliyini dəstəkləmək məqsədini daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə